Almaniya kansleri İsrailə səfər edəcək

16.03.2024 10:30     Dünyadan reaksiya     97

Almaniya kansleri Olaf Şolts İordaniya səfərindən sonra martın 17-də İsrailə gələcək.

Reaksiya.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, bu, 7 oktyabr hadisələrindən sonra kanslerin İsrailə ikinci səfəridir. Öncəki “həmrəylik səfəri”ndən fərqli olaraq, bu dəfə Şolts Qəzza sektoruna humanitar yardımların çatdırılmasına və İsrailin Rəfaha mümkün əməliyyatının qarşısını almağa çalışacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar