Ukrayna sərhədyanı kəndləri tamam boşaltdı

16.03.2024 11:14     Dünyadan reaksiya     121

Ukraynanın Sum vilayətində ümumilikdə 3 rayonun 22 sərhədyanı kəndindən bütün sakinlər təxliyə edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Sum vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, təhlükəli ərazilərdən 4523 sakin, o cümlədən 829 uşaq köçürülüb.

Qeyd edək ki, təxliyə Rusiya ordusunun hərbi təxribatları ilə əlaqədardır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar