Strav: İran ilə ticarət əlaqələrinin azalması ən çox İngiltərəni vurub
25.08.2015 11:10 Dünyadan reaksiya 1930
İrandakı görüşlərini davam etdirən İngiltərənin keçmiş xarici işlər naziri Cek Strav bildirib ki, heç bir ölkə İngiltərə qədər İran ilə ticarət əlaqələrin azalmasından ziyan görməyib.
İngiltərə keçmiş xarici işlər naziri Cek Strav İran və İngiltərə səfirliklərin açılmasından məmnuniyyət hissinə işarə vuraraq, İranın bölgədə əhəmiyyətli və sabit bir ölkə olduğunu və Londonun Tehran ilə ticari əlaqələrini bir an əvvəl gücləndirməyin vacib olduğunu ifadə edib.
Londonda İran səfirliyinin açılış mərasimi əvvəlində İRNA-nın suallarını cavablandıran Strav bu əhəmiyyətli hadisədən dolayı çox xoşbəxt olduğunu bildirib: “Tehran ilə yaxşı əlaqələrə ehtiyacımız var, çünki İran, əhəmiyyətli bir ölkədir".
İki ölkə arasında ticarət əlaqələrinin güclənməsi üzərində dayanan Strav qeyd edib ki, bu əhəmiyyətli bir mövzu çünki heç bir ölkə İngiltərə qədər İran ilə ticari əlaqələr səviyyəsinin azalmasından ziyan görməyib: “Maraqlı olan budur ki, ABŞ İranla bağlı sanksiyaları artırdıqdan sonra İrana ixracatı artıb. Bu arada İngiltərənin İrana ixracatı gözlə görüləcək səviyyədə aşağı düşüb. Bu görə də İran ilə yüksək səviyyədə ticari əlaqələrə sahib olmağımız vacibdir. İran sabit bir ölkədir. Təbii, İran ilə əlaqədar bəzi məsələlər də var. Bu mövzuları həll etməyin ən yaxşı yolu şübhəsiz ki, qarşılıqlı dialoqdur".
Şərhlər