Britaniya Yəmən sahillərində gəmisinə yeni hücum barədə məlumat verib
16.03.2024 12:30 Dünyadan reaksiya 136
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının Koordinasiya Mərkəzi (“United Kingdom Maritime Trade Operations”, UKMTO) Yəmən sahillərindəki gəmiyə naməlum şəxslərin yeni hücumunu elan edib.
Reaksiya.az bu barədə TASS-a istinadən xəbər verir.
"UKMTO, Yəmənin Hudeydə şəhərindən 65 dəniz mili qərbində, Qırmızı dənizdə baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - rəsmi sənəddə deyilir.
UKMTO-nun hücum kimi təsnif etdiyi hadisə ilə bağlı məlumat Bakı vaxtı ilə saat 23:45-də gəminin kapitanından daxil olub.
Hələlik əlavə məlumat verilmir.
Şərhlər