Stoltenberq Ermənistana da səfər edəcək

16.03.2024 13:46     Dünyadan reaksiya     74

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistana da səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O, səfərin martın 19-da baş tutacağını bildirib və əlavə təfərrüat verməyib.

Qeyd edək ki, bundan əvvəl Stoltenberqin martın 17-də Azərbaycanda səfər edəcəyi barədə məlumat yayılıb. Onun Gürcüstana da səfər edəcəyi bildirilir.

Reaksiya.az

Şərhlər