ABŞ siyasətində dəyişikliklər olarsa, buna hazır olmalıyıq

16.03.2024 20:00     Dünyadan reaksiya     84

Almaniya Avropanın nüvə çətiri ilə bağlı müzakirələrdən imtina etməməlidir. Mən istərdim ki, həm fransızları, həm də ingilisləri bu cür söhbətlərə cəlb etsinlər.

Reaksiya.az xəbər verir ki, bunu Almaniyanın Xristian-Demokratik İttifaqı partiyasının rəhbəri Fridrix Merts bildirib.

"Biz tərəfdaşlarımızdan soruşmalıyıq: Nəyi paylaşmağa hazırsınız? Bizdən nə gözləyirsiniz? Qərar vermə mexanizmləri necə görünəcək? ABŞ siyasətində əhəmiyyətli dəyişikliklər baş verərsə, şok vəziyyətində olmamaq üçün buna hazır olmalıyıq”, - F.Merts qeyd edib.

Reaksiya.az

Şərhlər