ABŞ-da silahlı hücum: tədbir ləğv olundu, ölənlər var
16.03.2024 20:16 Dünyadan reaksiya 175
ABŞ-ın Pensilvaniya ştatının Falls Taunşip şəhərində naməlum silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.
Reaksiya.az xəbər verir ki, bu barədə “Foks 29” telekanalı məlumat yayıb.
Bildirilib ki, bir neçə növ silahla silahlanmış naməlum şəxs oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edir. O, artıq şəhərin müxtəlif yerlərində bir neçə hücum həyata keçirib.
Atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.
Yaxınlıqdakı ticarət mərkəzləri bağlanıb. Polis həyəcan təbili çalıb və sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.
Şərhlər