Bu, ABŞ-ın liderliyini ciddi şəkildə sarsıdacaq - Kuleba
16.03.2024 20:30 Dünyadan reaksiya 129
Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kuleba telefon danışığında Kiyevə yardımın dayandırılmasının ABŞ-a da ciddi zərbə olacağını bildirib:
“Ukraynaya dəstəyi davam etdirməmək ABŞ-ın bütün dünyada liderliyini ciddi şəkildə sarsıdacaq və ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına salacaq”.
XİN-in məlumatına görə, Blinkenlə telefon danışığı zamanı Kuleba ABŞ və onun müttəfiqlərindən, o cümlədən hava hücumundan müdafiə sistemləri və artilleriya sursatlarının tədarükü yolu ilə Ukraynaya davamlı dəstəyin zəruriliyini vurğulayıb.
Şərhlər