Ukrayna ordusu bu istiqamətdə 550 hərbçisini itirdi
17.03.2024 12:30 Dünyadan reaksiya 92
Belqorod və Kursk vilayətlərinin ərazisinə girməyə cəhd göstərən yüzlərlə diversantın bütün hücumları dəf edilib.
Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"2,5 min təxribatçıdan 1,7 mini vurulub. Kiyev 550 döyüşçüsünü itirdi", - Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu bu gün Rusiyanın Belqorod və Kurlsk vilayətlərinə hücum edəcəyini açıqlamışdı.
Şərhlər