Ərdoğan Türkiyədə inflyasiyanın birrəqəmli olacağını bildirib

17.03.2024 13:30     Dünyadan reaksiya     93

“Nazirlər Kabineti ölkədə inflyasiyanın bir rəqəmə enməsini gözləyir”.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib

Ərdoğan qeyd edib ki, hakimiyyət pandemiyaya, regional müharibələrə, qlobal iqtisadi böhrana və Türkiyənin cənub-şərqində baş verən fəlakətli zəlzələyə baxmayaraq, maliyyə yükünü minimuma endirməyə çalışır.

Prezidentin sözlərinə görə, hökumət inflyasiyanı yenidən birrəqəmli rəqəmlərə endirəcək və Türkiyə cəmiyyətinin bütün təbəqələrinin rifahında sabit, davamlı artımı təmin edəcək. Lakin Ərdoğan bu tapşırığın yerinə yetirilməsi üçün konkret müddət göstərməyib.

Qeyd edək ki, 2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiyanın orta hesabla 44,19% ola biləcəyi bildirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar