Moskvaya PUA hücumu edildi
17.03.2024 15:00 Dünyadan reaksiya 111
Rusiyanın Moskva vilayətinə PUA hücumu edilib.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 17-si səhər saatlarında Ukrayna tərəfdən təyyarə tipli PUA vasitəsilə Rusiya ərazisindəki obyektlərə hücum olub. Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Moskva vilayəti üzərindəki PUA məhv edilib”, - məlumatda qeyd olunub.
Moskva meri Sergey Sobyanin də bildirib ki, Domodedovo rayonu üzərində PUA vurulub.
Şərhlər