Rusiyanın bu vilayətlərində seçki başa çatdı
17.03.2024 16:16 Dünyadan reaksiya 136
Rusiyanın Maqadan, Saxalin və Kuril vilayətlərində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 13:00) prezident seçkiləri başa çatıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərqdəki seçki komissiyalarından məlumat verilib.
Məlumata görə hər 3 vilayətdə seçki məntəqələri bağlanılıb.
Maqadanda seçici fəallığı 71.5, Saxalində 76.37 faiz olub.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15 martda başlayıb və 17 martda bitəcək.
Prezident postu uğrunda 4 namizəd - Vladislav Davankov (Yeni Xalq Partiyası), Vladimir Putin (müstəqil), Leonid Slutski (LDP) və Nikolay Xaritonov (Kommunist Partiyası) mübarizə aparır.
Şərhlər