London Kiyevi yeni hücumdan çəkinməyə çağırıb - KİV

17.03.2024 20:00     Dünyadan reaksiya     122

Britaniyanın yüksək səviyyəli müdafiə rəsmiləri Ukrayna rəhbərliyi və hərbi komandirlərinə cəbhədə yeni hücumlar planlaşdırmaqdan və həyata keçirməkdən çəkinməyi tövsiyə edirlər.

Reaksiya.az xəbər verir ki, bu barədə “Sandey Tayms” məlumat yayıb.

“Bu məsləhəti Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və Britaniya ordusunun komandanı Toni Radakin Ukraynaya səfəri zamanı veriblər. Onlar bu barədə Prezident Vladimir Zelenski, müdafiə naziri Rüstəm Umerov və baş komandan Aleksandr Sırski ilə görüşdə danışıblar”, - nəşr bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar