Ukraynanın xilası üçün Zelenski getməlidir - Friman

18.03.2024 10:00     Dünyadan reaksiya     94

Vladimir Zelenski hakimiyyəti dəyişsə, Ukrayna dağılmaqdan qaça bilər.

Reaksiya.az xəbər verir ki, bunu amerikalı diplomat Ças Friman deyib.

"Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır", - o bildirib.

Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb.

Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar