Davudoğlunun yeni kabinetində 9 kritik ad
25.08.2015 11:59 Dünyadan reaksiya 2429
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan "müvəqqəti seçki höküməti"ni qurmaq vəzifəsini alması gözlənilən Davudoğlu kabinet siyahısı üçün hazırlıqlara başlayıb.
Reaksiya.az xəbər verir ki, Davudoğlunun yeni kabinetindəki 9 kritik ad bor çox siyasətçilərin marağına səbəb olub.
Davudoğlu CHP və MHP-nin nazirlik təkliflərini qəbul etməyib. Ancaq buna baxmayaraq onun CHP-dən Baykal, Sağlar, MHP-dən Vural, Akşener kimi insanlara təklif göndərəcəyi gözlənilir.
Baş nazir Əhməd Davudoğlu bu gün Rəcəb Tayyib Ərdoğandan seçki hökumətini qurmaq vəzifəsini alacaq. Gözlər baş nazirin formalaşdıracağı hökumətə çevrilib.
Ərdoğan dünən TBMM-in sədri İsmət Yılmaz ilə görüşərək yeni seçkinin keçirilməsi qərarını verib.
Davudoğlu isə 5 gün ərzində kabinetin siyahısını Ərdoğana təqdim etməlidir.
KRİTİK DOQQUZ AD
Davudoğlu müstəqil deputatların adlarını da o siyahıya salacaq. HDP hər şərt daxilində kabinetdə yer alacaq. HDP rəsmiləri İdarə Heyətinin iclasında deyib ki, onlar Davudoğlunun təyinatına reaksiya verməyəcək.
CHP-dən altı, MHP-dən isə üç ad seçki hökuməti kabineti siyahısında yer alacaq.
CHP, MHP və HDP-dən isə adları bu partiyaların özləri müəyyənləşdirəcək.
HDP-dən kabinetə Celal Doğan, Mithat Sancar, Sırrı Süreyya Önder, Ayhan Bilgen, Leyla Zana kimi adların salınacağı deyilir.
CHP-dən daha əvvəl nazirlik etmiş Dəniz Baykal, Fikri Sağlar, Erdoğan Toprak kimi adlar gündəmə gələcək.
Həmçinin dövlət orqanlarında yüksək vəzifələrdə yer alan İlhan Kesici, Akif Hamzaçebi, Faik Öztrak kimi adlara da təklif gedəcəyi gözlənilir.
MHP-dən bir vaxtlar nazirlik etmiş Oktay Vural, Ahmet Kenan Tanrıkulu ilə Meral Akşenerin adları da həmin siyahıdadır.
9 yeni "müstəqil" nazir də seçki hökumətində yer alacaq.
Şərhlər