Rusiyada seçkilər: bülletenlərin 95,8%-i hesablandı - Putinin səsi...
18.03.2024 10:15 Dünyadan reaksiya 162
Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8%-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32%-lə liderdir.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir.
Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub.
Şərhlər