Putin Navalnının ölümündən danışdı: Həyat belədir...

18.03.2024 13:15     Dünyadan reaksiya     80

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümünə münasibət bildirib.

Reaksiya.az xəbər verir ki, Putin bu barədə özünün Seçki Qərargahında NBC jurnalistinin sualını cavablandırarkən deyib.

“Cənab Navalnıya gəlincə, bəli, dünyasını dəyişdi. Bu həmişə kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Bu bəyəm ABŞ-da baş verməyib? Navalnını Qərb ölkələrində olanlarla dəyişmək ideyası var idi. Razılaşdım, onu dəyişmək istədik ki, geri qayıtmasın, amma bu (ölüm) oldu, həyat belədir”, - Putin bildirib.

Qeyd edək ki, müxalifət lideri Aleksey Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla dəyişdirilməsi ilə bağlı Moskva, Berlin və Vaşinqton arasında danışıqlar aparılmışdı. Hətta Navalnının gözlənilən mübadilədən xəbərdar olduğu və bununla razılaşdığı da bildirilirdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar