Bakı ilə münasibətlərin normallaşması üçün... - Mirzoyan
18.03.2024 17:30 Dünyadan reaksiya 101
Ermənistan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar zamanı deyib.
O bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər.
Şərhlər