Stoltenberqin Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
18.03.2024 19:15 Dünyadan reaksiya 136
Gürcüstan hökuməti Tbilisidə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqin Baş nazir İrakli Kobaxidze ilə müzakirə etdiyi məsələləri açıqlayıb.
Reaksiya.az xəbər verir ki, tərəflər söhbət zamanı Gürcüstanın Avro-Atlantik inteqrasiyasına, NATO-Gürcüstan əlaqələrinin gündəliyinə və gələcək əməkdaşlıq perspektivlərinə diqqət yetiriblər.
Qeyd olunub ki, NATO inteqrasiyası Gürcüstanın xarici siyasət prioritetidir və bu, ölkə konstitusiyasında əksini tapıb.
Məlumata görə, Qara dəniz təhlükəsizliyi məsələləri və Qara dəniz regionunda sabitliyin vacibliyi vurğulanıb. Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə NATO baş katibinə təşəkkür edib.
Şərhlər