Putin Stalini geridə qoyaraq tarixə düşəcək
19.03.2024 11:15 Dünyadan reaksiya 117
Seçkilərdə altı illik müddətə qalib gələn Vladimir Putin indiyə qədər prezident kimi fəaliyyət göstərən ən yaşlı Rusiya lideri olmaq yolundadır.
Reaksiya.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazır.
Bildirilib ki, o, 2028-ci ilin oktyabrına, yəni 76 yaşı tamam olana qədər hakimiyyətdə qalsa, Kremlin ən uzunömürlü rəhbərlərindən olan keçmiş SSRİ lideri Leonid Brejnevi qabaqlayacaq. O, 2030-cu ildə növbəti dəfə qalib gələrsə, İosif Stalini keçərək, Rusiyanın ən uzun müddətdə vəzifədə qalan rəhbəri olaraq tarixə düşəcək.
Qeyd edək ki, Rusiya konstitusiyasına 2020-ci ildə edilən dəyişikliklərə əsasən, Putin daha bir müddət, yəni 2030-cu ildə də namizədliyini irəli sürə bilər.
Şərhlər