Kreml Stoltenberqin Qafqaz səfərini şərh etdi
19.03.2024 17:00 Dünyadan reaksiya 129
Qafqaz ölkələrinin NATO ilə təmasları onların suveren hüququdur, Rusiya müşahidə edir, lakin diqqəti ikitərəfli münasibətlərə yönəldir.
Reaksiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov NATO-nun rəhbəri Stoltenberqin Cənubi Qafqaz turu haqqında danışarkən deyib.
“Alyansın təsirini genişləndirmək cəhdləri çətin ki, sabitlik əlavə etsin”, - o bildirib.
Qeyd edək ki, NATO Baş kativi Yens Stoltenberq Bakı və Tiflisdən sonra hazırda İrəvanda səfərdədir.
Şərhlər