Estoniya rus diplomatı ölkədən qovur

19.03.2024 17:15     Dünyadan reaksiya     125

Estoniya Xarici İşlər Nazirliyi martın 19-da Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkilini çağırıb və ona səfirliyin diplomatik statusu olan əməkdaşının persona non-qrata elan olunduğuna dair diplomatik nota təqdim edib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nümayəndəsinə məlumat verib ki, Estoniya Rusiyanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş fəaliyyətinə dözmək niyyətində deyil və bunu çox açıq şəkildə ifadə etməyi zəruri hesab edir. Bildirilib ki, Rusiya xüsusi xidmət orqanlarının Estoniyanın təhlükəsizliyinə qarşı hibrid əməliyyatları dayandırılmalıdır”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar