Ukraynanın hücumu: Uşaqlar Belqoroddan çıxarılır

19.03.2024 18:15     Dünyadan reaksiya     122

Belqorod vilayətinin rəhbərliyi Ukrayna ordusunun raket atəşi səbəbindən 9 minə yaxın uşağı Rusiyanın digər regionlarına köçürməklə bağlı qərar qəbul edib.

Reaksiya.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

“Bu gün biz çoxlu sayda kəndi köçürürük. İndi biz təxminən 9 min uşağı Belqoroddan, Şebekinski, Qrayvoron rayonundan çıxarmağı planlaşdırırıq. Uşaqlar Penza, Tambov və Kaluqa şəhərlərinə göndəriləcək”, - Qladkov bildirib.

Şərhlər

Çox oxunanlar