Rusiya 130 raket, 900-ə yaxın aviasiya bombası atdı

20.03.2024 11:00     Dünyadan reaksiya     104

Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında paylaşı.

Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya 320 “Şahid” kamikadze dronu göndərib.

Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.

"Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, - Zelenski əlavə edib.

Reaksiya.az

Şərhlər