Ukraynanın Rusiyaya hücumu: dağıntılar var

20.03.2024 14:49     Dünyadan reaksiya     134

Ukrayna ötən gecə Rusiyanın Kursk vilayətinə raket hücumu həyata keçirib.

Reaksiya.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, hava hücumundan müdafiə sistemi tərəfindən vurulan S-200 raketinin qalıqları Kursk şəhərinin mərkəzinə və şəhərin digər ərazilərinə düşüb. Nəticədə bir neçə evin dam örtüyü zədələnib.

Qeyd edək ki, ötən gecə Belqorod və Kursk vilayətinə edilən hücumlar zamanı Kurskda elektrik enerjisi kəsilmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar