Bakı ilə xəritələr üzrə razılaşma yoxdur - Paşinyan
20.03.2024 18:05 Dünyadan reaksiya 111
Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda deyib.
“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan Respublikası və Azərbaycan Respublikasının Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var. Və belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”, - Paşinyan bildirib.
Şərhlər