AB missiyası regionda gərginliyi artırır - Zaxarova
20.03.2024 19:00 Dünyadan reaksiya 121
Avropa Birliyinin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Ermənistan ərazisindən AB missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında “münasibətlərin həlli resepti” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti İrəvanla Avropa Birliyi arasında Azərbaycanla sərhəddə AB-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib.
Şərhlər