Paşinyan kəndləri qaytarır: ona qarşı 4 qüvvə birləşir

21.03.2024 10:00     Dünyadan reaksiya     159

Ermənistan Baş naziri Nikol Paşinyana qarşı faktiki 4 qüvvə - Kreml, Qarabağ klanının simasında erməni müxalifəti, Qarabağ separatçılarının tör-töküntüləri və kilsə birləşib.

Reaksiya.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı mövqeyi haqda qeyd edib.

O ildirib ki, Paşinyanın 4 kəndi (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana geri qaytarması qərarı bu qüvvələri radikallaşdırmaqla yanaşı, hökumətə qarşı aralarında qeyri-rəsmi ittifaqı gücləndirəcək:

“Belə olan halda Paşinyan hansı qüvvələrə arxalana bilər? Ermənistan ordusu hələ ki, siyasətə qarışmır və komandanlıq Paşinyana tabedir. Ancaq Paşinyan özünün də əvvəllər söylədiyi kimi, orduda “5-ci kolon”un varlığından narahatdır. Ona görə Paşinyan etibar etmədiyi generalları ordudan uzaqlaşdırmaqda davam edəcək. Digər tərəfdən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də Nikol Paşinyanı qoruyur. Ancaq bu amillər Paşinyanı çevriliş və qiyam təhlükəsindən tam sığortalamır. Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə əldə edəcəyi sülh və sonrakı mərhələdə regional əməkdaşlığa qoşulması imkanları Nikol Paşinyan üçün ən vacib təhlükəsizlik təminatına çevriləcək. Əlbəttə, Qarabağ klanı, daşnaklar və kilsə sülhlə barışmayacaqlar, ancaq regional əməkdaşlıq onların müqavimət gücünü azaldacaq. Bu prosesdə Bakı ilə Ankaranın Nikol Paşinyanı sülhə və və gələcək əməkdaşlığa, o cümlədən Prezident İlham Əliyevin “Qafqaz evi” ideyasına təşviq etməsi əhəmiyyətli rol oynayacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar