İsraildən zərbə: "İslami-Cihad"ın zabitləri öldürüldü

21.03.2024 10:15     Dünyadan reaksiya     124

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində Fələstinin “İslami Cihad” təşkilatının bir neçə silahlısını zərərsizləşdiriblər.

Reaksiya.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Silahlılar İsrail aviasiyasının zərbəsi nəticəsində öldürülüb. Öldürülənlər arasında “İslami Cihad”ın iki yüksək rütbəli silahlısı da var.

Onlardan biri Əhməd Barakat 2023-cü ilin martında Hermeş qəsəbəsində terror aktı törədib, nəticədə bir israilli həlak olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar