Polşa Belarusla sərhəddə elektrikli hasar çəkir

21.03.2024 10:30     Dünyadan reaksiya     125

Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır.

Reaksiya.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib.

"Görülən tədbirlərə baxmayaraq, miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, hökumət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır:

“Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir”.

O, əlavə edib ki, iş geniş miqyasda aparılacaq və təklif olunan həllərin qiymətləndirilməsi elmi-texniki mərkəzlərin iştirakı ilə artıq həyata keçirilir.

Şərhlər

Çox oxunanlar