ABŞ vətəndaşlarını bu ölkədən çıxarır
21.03.2024 11:45 Dünyadan reaksiya 126
ABŞ vətəndaşlarını Haitidən təxliyə etməyə başlayır.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
“Martın 20-dən etibarən ABŞ hökuməti Amerika vətəndaşlarının Haitidən, Port-au-Prinsdən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına helikopterlə çarter reyslərini təşkil edirik, burada konsulluq yardımı göstərmək üçün ABŞ hökuməti əməkdaşları iştirak edir. Santo Dominqodan ABŞ-a çatma məsuliyyətini Amerika vətəndaşlarının özləri daşıyacaqlar”, - deyə bildirilib.
Qeyd edək ki, bir müddətdir Haitidə siyasi vəziyyət qeyri-stabil olaraq qalır. Silahlı dəstələrlə hökumət qüvvələri arasında toqquşmalar yaşanır.
Şərhlər