Sallivan Kiyevə gəldi və söz verdi
21.03.2024 12:15 Dünyadan reaksiya 121
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kiyevə səfər edib və burada Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
Reaksiya.az xəbər verir ki, bu barədə “Röyters" məlumat yayıb.
Məlumata görə, Yermakla görüşündən sonra keçirilən mətbuat konfransında Sallivan ABŞ-ın Ukraynaya böyük yardım paketi təqdim edə biləcəyinə əminliyini ifadə edib:
"Öz tərəfimizdən əminik ki, biz bunu edə bilərik. Biz bu yardımı Ukraynaya köçürəcəyik. Əminəm ki, A Planını həyata keçirəcəyik. Nümayəndələr Palatasında Ukraynaya yardım paketinə güclü ikitərəfli dəstəyi təmin edəcəyik və bu vəsaiti ayıracağıq. Proses artıq çox uzanıb".
Şərhlər