ABŞ-nin Ədliyyə Nazirliyi “Apple”a qarşı iddia qaldırmağa hazırlaşır
21.03.2024 13:30 Dünyadan reaksiya 129
ABŞ-nin Ədliyyə Nazirliyi rəqiblərin “iPhone”nun aparat və proqram təminatı funksiyalarına girişini əngəlləməklə antiinhisar qanunlarını pozması ilə bağlı “Apple” korporasiyasına qarşı iddia qaldırmağa hazırdır.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iddia martın 21-də federal məhkəməyə göndərilə bilər. Bu, Ədliyyə Nazirliyinin antiinhisar qanunlarını pozduğuna görə “Apple”a son 14 ildə 3-cü məhkəmə iddiası olacaq.
Agentlik qeyd edir ki, iddia ABŞ Prezidenti Co Bayden administrasiyası ilə Amerika texnologiya nəhəngləri arasında antiinhisar mübarizəsi çərçivəsində açılacaq.
Şərhlər