Rusiyada prezident seçkiləri - Yekun nəticələr açıqlandı

21.03.2024 15:00     Dünyadan reaksiya     103

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin rəsmi nəticələrini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, yekun nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.

Digər namizədlər Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıb.

Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar