Putinə meydan oxudu: “İntiqam alınacaq”
21.03.2024 15:30 Dünyadan reaksiya 129
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi cinayətlərə görə cavab verəcək.
Reaksiya.az xəbər verir ki, bunu Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) yeni sədri Tomoko Akane deyib.
BCM rəhbəri Çin atalar sözündən sitat gətirib: “Cənnətin intiqamı yavaş, amma dəyişməzdir”.
BCM ötən ilin martında Vladimir Putinin həbsinə order verib. Rusiya lideri Ukraynada hərbi cinayət törətməkdə ittiham olunur.
Şərhlər