Çin Rusiyadan kömür alışını kəskin azaltdı
22.03.2024 11:00 Dünyadan reaksiya 121
2024-cü ilin yanvar-fevral aylarında Pekinin idxal rüsumlarının tətbiqi fonunda Çin Rusiya kömürünün alışını kəskin şəkildə azaldıb.
Reaksiya.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Xəbərdə Çin gömrük məlumatlarına istinadən bildirilir ki, rüsumların tətbiqindən sonra Rusiya Federasiyasından tədarüklər daha az rəqabətli olub və illik ifadədə 22 faiz azalıb. Ümumilikdə Çin kömür idxalı isə 23 faiz artıb.
Rusiya İndoneziyadan sonra Çinin ikinci ən böyük kömür tədarükçüsüdür.
Şərhlər