Aİ müdafiə xərclərini artıracaq
22.03.2024 12:00 Dünyadan reaksiya 137
Aİ ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir:
"Müdafiə hazırlığının yüksəldilməsi üzv dövlətlərdən əlavə səylər tələb edəcək, xüsusən də müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq və birlikdə daha səmərəli və tez investisiya qoymaq üçün".
Avropa Şurası Aİ Şurasına və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.
Avropa İnvestisiya Bankı Aİ-nin müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.
Martın 21-də Brüsseldə Aİ-nin iki günlük sammiti başlayıb. Tədbirin rəsmi gündəliyinə Avropa İttifaqının müdafiə qabiliyyətinin artırılması məsələləri, həmçinin Ukrayna və Yaxın Şərqdəki böhranlar daxildir.
Şərhlər