Blinken atəşkəs üçün İsrailə gəldi
22.03.2024 14:46 Dünyadan reaksiya 113
ABŞ Dövlət katibi Entoni Blinkenin İsrailə səfəri başlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ-ın Qüdsdəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, E.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.
ABŞ Dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir .
Məlumata görə, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri E.Blinkenin İsrailə altıncı səfəridir.
Şərhlər