Viktor Orban: NATO qoşunlarının Ukraynaya göndərilməsi yeni dünya müharibəsinin başlamasına səbəb ola bilər

22.03.2024 16:30     Dünyadan reaksiya     140

Qərb ölkələri qoşunlarını Ukraynaya göndərmək imkanlarını müzakirə edir və hadisələrin bu istiqamətdə cərəyan etməsi yeni dünya müharibəsinin başlamasına səbəb ola bilər.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Cəmi iki ay əvvəl absurd və ağlasığmaz görünən məsələ reallığa çevrilib və bu, “müharibə spiralı” adlandırılır. Əgər NATO ölkələrindən biri Rusiya ilə hərbi əməliyyatlar apararsa, bu, Üçüncü Dünya müharibəsinin başlaması demək olacaq”, - o vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar