Quterreş Moskvadakı terror aktını pislədi

23.03.2024 10:15     Dünyadan reaksiya     130

BMT-nin Baş katibi Antoniu Quterreş “Krokus siti holl”dakı terror aktını ən kəskin şəkildəə pisləyir və Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir.

Reaksiya.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərxan Haqın yaydığı bəyanatda qeyd olunub.

Quterreş, həmçinin zərərçəkmişlərin tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən qaçıblar. Silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar