BMT baş katibi Yaxın Şərqə gedir

23.03.2024 10:30     Dünyadan reaksiya     110

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.

Sözçü bildirib ki, Quterreş sabah Misirə və İordaniyaya işgüzar səfərə gedəcək. O qeyd edib ki, Baş katibin səfərinin məqsədi müsəlmanlar ilə Ramazan həmrəyliyini nümayiş etdirməkdir.

Quterreş səfər çərçivəsində həmçinin iki ölkənin dövlət rəsmiləri ilə görüşəcək və bölgədə davam edən münaqişə barəsində müzakirələr aparacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar