Ərdoğan və Davudoğlunun kritik seçki görüşü başladı - VİDEO

25.08.2015 14:42     Dünyadan reaksiya     2065

Hökumət qurulması üçün lazım olan 45 günlük müddət başa çatdıqdan sonra parlament seçkilərinin yenilənməsinə qərar verən prezident Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu Prezident Sarayında qəbul edir.

Reaksiya.az xəbər verir ki, Ərdoğan ilə Davudoğlu arasında görüş başlayıb.

Görüşdə Ərdoğan Davudoğluna müvəqqəti hökuməti qurmaq vəzifəsini verəcək. Davudoğlunun vəzifə alandan sonra müvəqqəti hökuməti qurmaq üçün 5 gün müddəti var.

CHP və MHP-nin daha əvvəldən seçki hökumətində yer almayacaqlarını açıqlamışdı. Bu səbəbdən müvəqqəti hökumət AK Partiya, HDP və müstəqil deputatlardan yaranacaq.

 

 

Şərhlər

Çox oxunanlar