İndoneziyada güclü zəlzələ baş verdi

24.03.2024 10:44     Dünyadan reaksiya     142

İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təkanların episentri Paqar Alam şəhərindən 83 km cənub-qərbdə, zəlzələ ocağı 61 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

Şərhlər

Çox oxunanlar