İsrail ordusu: Livandan 50-yə yaxın raket atılıb

24.03.2024 12:15     Dünyadan reaksiya     72

İsrail ordusu Livandan ölkənin şimalına 50-yə yaxın raket atışını qeydə alıb və hücumların həyata keçirildiyi ərazilərə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livandan İsrailin şimalına doğru 50-yə yaxın raket buraxılışı qeydə alınıb, onlardan bir neçəsinin qarşısı alınıb, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Təyyarələr buraxılış qurğularına hücum edib, onlardan bəzilərinin buraxılışı müəyyən edilib", - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Reaksiya.az

Şərhlər