ABŞ-nin maliyyə naziri apreldə Çinə səfər edəcək
24.03.2024 12:45 Dünyadan reaksiya 205
ABŞ-nin maliyyə naziri Canet Yellen apreldə Çinə səfər etmək və ölkə rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir.
Bu barədə "Politico" qəzeti iki amerikalı rəsmiyə istinadən xəbər yayıb.
Səfər ikitərəfli münasibətlərin “məsuliyyətli idarə olunması” məqsədi daşıyacaq. Yellenin 2023-cü ilin iyulunda Çinə səfəri zamanı qaldırılan məsələlərin müzakirəsini davam etdirəcəyi gözlənilir. Bu səfərin nəticəsi olaraq “hər iki ölkəni narahat edən məsələləri” müzakirə etmək üçün iqtisadiyyat və maliyyə üzrə iki işçi qrupu yaradılıb.
Yanvarda Amerika və Çin hakimiyyətinin nümayəndələri Pekində keçirilən iki günlük görüşdə iqtisadi məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər, həmçinin Yellenin Çinə səfərinin mümkünlüyünü müzakirə ediblər.
Nəşr qeyd edib ki, Vaşinqton administrasiyası Çindən ixracın sürətlə artmasından ehtiyat edir. Amerika tərəfinin fikrincə, bu, dünya bazarlarında sabitliyi poza bilər.
Şərhlər