760-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

24.03.2024 17:45     Dünyadan reaksiya     90

Rusiya müharibənin 760-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 270 helikopteri, 16 908 PUA-sı, 489 zenit-raket kompleksi, 15 587 tank və digər zirehli texnikası, 1 256 reaktiv yaylım atəş sistemi, 8 514 artilleriya və minaatanı, 20 153 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Reaksiya.az

Şərhlər