Türkiyədə 173 qanunsuz miqrant saxlanıldı

24.03.2024 19:15     Dünyadan reaksiya     108

Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.

Əməliyyat nəticəsində 173 qanunsuz miqrant saxlanılıb.

Reaksiya.az

Şərhlər