Kobaxidze İrəvana gedir

25.03.2024 10:30     Dünyadan reaksiya     57

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti məlumat yayıb.

Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Baş nazir həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçatryanla da görüşəcək.

Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Georgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.

Reaksiya.az

Şərhlər