Netanyahudan bəyanat: Onu aradan qaldıracağıq

25.03.2024 14:00     Dünyadan reaksiya     90

Qəzza zolağının cənubunda 1,5 milyon fələstinlinin sığındığı Rəfaha mümkün quru hücumu ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahu qəti qələbə qazanacaqlarını deyib.

Reaksiya.az xəbər verir ki, İsrail hökumətinin mətbuat xidmətindən verilən açıqlamada Netanyahu yəhudiliyə görə müqəddəs Purim bayramı münasibətilə polis idarəsinə baş çəkib.

Netanyahu Tövrat inancına görə yəhudilərin Purimdə məğlub etdiyi İran kralı Ahaşveroşun vəziri Hamanı nəzərdə tutaraq, HƏMAS-ın Qəzza zolağında Yəhya Sinvarı məhv edəcəyini bildirib.

Netanyahu müasir İranın yəhudi dövlətini məhv etməyə çalışdığını iddia edib.

Qəzzanın cənubunda Rəfaha gözlənilən hücum məsələsinə toxunan baş nazir, beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq "Rəfaha girib qəti qələbə qazanacağıq" deyib.

Şərhlər

Çox oxunanlar