Ukrayna ordusu Rusiyanın 8 PUA-sını vurub, 11 nəfər xəsarət alıb

25.03.2024 14:46     Dünyadan reaksiya     128

Ukrayna ordusu bir gecədə Rusiyanın Ukraynanın cənubundakı ərazilərə buraxdığı 9 pilotsuz uçuş aparatından 8-ni vurub.

Reaksiya.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, “Şahed” pilotsuz uçuş aparatları Krımdan buraxılıb, Nikolayev və Odessa vilayətləri üzərində isə vurulub.

Qeyd edək ki, Nikolayevdə vurulan dron qalıqlarının evlərə düşməsi nəticəsində 11 nəfər xəsarət alıb. Odessada da yüksək gərginlikli stansiya zədələndiyindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar